AzMİU-nun "Meliorasiya və su təsərrüfatı tikintisi" kafedrasının COP-29 üzrə Fəaliyyət planına əsasən "Azərbaycanın ekoloji problemləri və onun həlli yolları" adlı elmi seminarı keçirilmişdir.
AzMİU-nun "Meliorasiya və su təsərrüfatı tikintisi" kafedrasının COP-29 üzrə Fəaliyyət planına əsasən "Azərbaycanın ekoloji problemləri və onun həlli yolları" adlı elmi seminarı keçirilmişdir. Seminarda Milli Aerokosmik Agentliyin "Ekologiya" İnstitutunun direktoru, prof. Bəhrəm Əliyev çıxış etmişdir. B. Əliyev çıxışında dünyanın maraq dairəsi olan ekoloji problemlərdən və gələcək nəsillərin həyatının bu problemlərdən asılı olmağından, bu səbəbdən planetin getdikcə daha da təhlükə ilə üz-üzə qalmasından bəhs etmişdir. Professorun çıxışı olduqca maraqla qarşılanmışdır. Daha sonra professor B. Əliyevin müəllifi olduğu "Azərbaycanın ekoloji problemləri və onların həlli yolları" adlı kitabın təqdimetməsi keçirilmişdir. Seminar sual-cavab və müzakirələrlə davam etmişdir.
